Cəmiyyət
10:55, 08 dekabr 2023
29
0

Bina sakinləri tərəfindən şikayət


Bakıxanov qəsəbəsi Nazim İsmayılov 15 ünvanında yerləşən binanın sakinləri tərəfindən saytımıza gələn şikayət.Binanın altında yeni bir Fitness zalı açılmışdır.Sakinlərin bildirdiyinə görə Fitness zalında məşq edənlər açıq aydın bina sakinləri tərəfindən görünür.Sakinlər həyətə düşdükdə bu mənzərə ilə qarşılaşmaq istəmədiklərini,şüşəyə hərhansı bir örtük vurulmasını istədiklərini bildirdilər.Ancaq dəfələrlə bildirməklərinə baxmayaraq sahibkar isə sözünə əməl etmədi.Bu barədə Hüquq Mühafizə Orqanlarına da məlumat verilmişdir.Sakinlərin ərizəsi;

Məlumat olaraq bildiririk ki, yaşadığımız binanın birinci mərtəbəsi qeyri-yaşayış obyektidir. Həmin ərazinin bir hissəsi beş ildir ərzaq mağazası kimi fəaliyyət göstərir. Digər hissəsi bir aydır ki, fitness zalı olaraq fəaliyyətə başlayıb. Bu məkanda idman zalı olacağını biləndə çox sevinmişdik. Anlayırıq ki, idmanla məşğul olmaq hər birimizin sağlamlığı üçün vacib şərtdir. Sevincimiz çox sürmədi ki, idman zalının fəaliyyətilə bağlı bəzi neqativ halların şahidi olduq. Narazılıqlarımızı sahibkara şifahi olaraq bildirdik. Buna baxmayaraq, sahibkar tərəfindən iradlarımızın aradan qaldırılmasına müsbət yanaşma olmadı.
Narazı olduğumuz məqamlar ondan ibarətdir ki, binanın texniki konstruksiyasına müdaxilə edildi. Belə ki, zalın havalandırılması ilə bağlı binanın divarları deşilərək əlavə qurğular yerləşdirildi. Bundan əlavə, idman zalının bütün pəncərələri açıqdır, yəni örtüksüzdür. Binanın giriş blokuna bitişik pəncərədən başlayaraq (4 pəncərə sakinlərin istirahəti üçün yaradılan əraziyə baxır) bütün küçə boyu hərəkət edən əhali zalda baş verən prosesləri qeyri-ixtiyari olaraq seyr etməyə məcbur qalır.
Xalqımız dini və mental dəyərlərimizi hər zaman və hər yerdə üstün tutub və tutacaq.
Sizdən rica edirik ki, tərəfinizdən baş vermiş halları ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar kimi qiymətləndirib sahibkar tənbeh edilsin və şikayətimiz təmin olunsun.
Öncədən, sakinlər adından təşəkkürümüzü bildiririk.

Digər xəbərlər: