Təhsil
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.
Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı mərkəzin internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1454 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1198 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sabah günün birinci yarısında DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
Qəbul olunan abituriyentlər 5 oktyabr saat 15:00-dan 10 oktyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Daha çox xəbər:
Ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu təxirə salındı
DİM-dən əvvəlki illərin məzunlarına müraciət
Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
DİM abituriyentləri müraciət etdi: Sənədləri hazır saxlayın
Bu gün qəbul imtahanları keçirilir
Bu gün 11 mindən artıq abituriyent imtahan verib
Magistraturaya qəbul olanların nəzərinə! - 2 gün qaldı
Məleykə Abbaszadə qabiliyyət imtahanlarındakı dəyişikliklər haqda danışdı
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
2 şagird imtahandan xaric edilib