Dünya
19:30, 04 sentyabr 2023
3
0

Tanınmış jurnalist bədbəxt hadisə nəticəsində vəfat etdi - FOTO

Tanınmış jurnalist bədbəxt hadisə nəticəsində vəfat etdi - FOTO

Antalyanın Alanya rayonunda turistləri daşıyan safari maşınının avtomobillə toqquşması nəticəsində baş verən faciəvi qəzada 3 nəfər həyatını itirib
regiitv.az xarici mətbuata istinadən xəbər verir ki, qəzada qazaxıstanlı jurnalist, "Zeyin Atyrau" uşaq reabilitasiya mərkəzinin təsisçisi Araylım Bağıtjan dünyasını dəyişib.

Məlumata görə, qadınla birlikdə onun 2 yaşlı körpəsi də ölüb. Jurnalistin həyat yoldaşı isə xəstəxanada ağır vəziyyətdədir.

Qeyd edək ki, Türkiyə vətəndaşının idarə etdiyi safari maşını eyni istiqamətdə hərəkətdə olan avtomobilə çırpılıb. Qəza nəticəsində 17 nəfər yaralanıb.
Digər xəbərlər: