İqtisadiyyat
PREZİDENT MÜKAFATINA LAYİQ GÖRÜLƏN YAZIÇI SONA ABBASƏLİQIZINI TƏBRİK EDİRİK
Yaradıcılıq ruhun ədəbi-poetik təqdisidir; şair -yazıçı sözü bədii kontekstlərdə elə cilalamalıdır ki, oxucu zövq almalı, duyğularını çırpındırçağı bacarmalıdır. Əgər bu kimi hallar baş verirsə, deməli, qələm sahibləri ədəbiyyatın fövqündə qalxıblar və yazdıqları ilə poeziyaya xidmətdədirlər. Bu cür qələm sahibləri əvvəllər də olub, bu gün də var. Yaradıcı ruhuna inandığımız, şeirlərini sevə-sevə təqdir etdiyimiz, nəsr əsərlərində ötkəm bir yazıçı ruhu müəyyən etdiyimiz Sona Abbasəliqızı da ədəbiyyata gəldiyi ilk gündən özünəməxsus ədəbi dəyərlər ehtiva edir, sözü su kimi təmiz tutur, fikrin lətafətində poetika axtarır, hədəfə aldığı mövzunu ləngərli səmtlərə çəkir, oxucuda dərin duyğu, güclü təfəkkür hasil edir. Hansı şeirini oxusaq, eyni pafosda rəng çalarları müşahidə edərik. Bu, o anlama gəlməsin ki, Sona xanım özünü yamsılayır, əksinə, eyni rəngdə müxtəlif ədəbi zərurətlər cızır, fikir müstəvisində ənənəvi və müasir şeirin timsalını tapır, öz yaradıcılığında bunun fərqini göstərir. Açığı, o, bu və bu kimi vacib nüansları poeziyanın mahiyyətində tuta bildiyi üçün illər əvvəl Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilmiş, nəhayət, 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Mükafat Fondunun mükafatına – el dilində desək, Prezident təqaüdünə layiq görülməsi münasibətilə SONA XANIMI TƏBRİK EDİRİK!
regiitv.az Təbriz Aslanov
Daha çox xəbər:
Mir Cəlal Paşayevin anadan olmasından 112 il ötür
Leyla Əliyevanın şeir kitabının təqdimatı olub
Arzuca adlı yeni Lahiyə
Bu gün Milli Musiqi Günüdür
Heydər Əliyevin ən çox sevdiyi əsərlər
Gülbəniz Əzimzadənin doğum günüdür.
Gürcüstan prezidenti Mehriban Əliyevanı təbrik etdi
Bill Qeyts pandemiyanın bir sıra ölkələrdə sona çatacağı tarixi açıqlayıb
ABŞ-da azərbaycanlı şagird Donald Trampın xüsusi mükafatına layiq görülüb
"Mən dəfələrlə Kəraməti içməyə qoymamışam" - deputat