Sosial
22 iyul-Milli Mətbuat günü
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra Bakıda Azərbaycan dilində "Əkinçi" qəzetinin çap olunmasına nail oldu və qəzetin ilk sayı 1875-ci ilin iyulun 22-də işıq üzü gördü. Bununla Azərbaycan mətbuatının əsası qoyuldu.
"Əkinçi" qəzeti xalqın milli oyanışında, milli birliyinin möhkəmləməsində böyük rol oynadı.
Qəzetin müttərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş və iki il sonra qəzet bağlandı.
XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi" (1880-1890-ci illər) qəzetləri nəşrə başladı.
XX əsrin əvvələrində C.Məmmədquluzadə, M.Şaxtaxtiniski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparırdılar. Həmin dövrdə "Həyat", "Açıq söz", "Azərbaycan" kimi demokratik ruhlu, milli qayəli qəzetlər meydana çıxdı.
1906-ci ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.
Bu gün ölkədə yüzlərlə mətbu orqanı qəzet və jurnal fəaliyyət göstərir.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əkinçi" qəzetinin nəşrə başlandığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib.
Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və mətbuat azadlığı şəraitini yaxşılaşdırmaqdır.
Daha çox xəbər:
Azərbaycan milli mətbuatının 145 yaşı olur
M.Ə.Rəsulzadə barədə yeni kitab işıq üzü gördü - FOTO
İlham Əliyevdən Milli Mətbuat Günü ilə bağlı paylaşım - FOTO
Əzimzadə Əzim Aslan oğlu
ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilib
Bu müəlliflərin əsərləri və 11 film dövlət varidatı elan olundu - SİYAHI
Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu
Bu gün Heydər Əliyevin anım günüdür
Bu gün Milli Musiqi Günüdür
Mehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib