Dünya
20:14, 01 fevral 2023
0
0

Pakistanda məscidə hücum nəticəsində ölənlərin sayı 101-ə çatıb



Pakistanın Peşəvər şəhərində məscidə edilən bombalı hücumda ölənlərin sayı 101-ə çatıb.

Bu barədə Pakistan Dövlət Televiziyası məlumat yayıb.
Polisin apardığı araşdırmalarda hücumda 10 ilə 12 kiloqram arasında partlayıcıdan istifadə edildiyi müəyyən edilib.

Qeyd edək ki, yanvarın 30-u Pakistanın Peşəvər şəhərində məscidə bomba hücumu olub.
Digər xəbərlər: