Dünya
19:56, 01 fevral 2023
3
0

Hindistanda 2 xizəkçi qar uçqunu altında ölüb

Hindistanın Cammu Kəşmir bölgəsinin Gülmarq qəsəbəsindəki xizək zonasında qar uçqunu nəticəsində iki polşalı xizəkçi ölüb.
Sonxeber.az xəbər verir ki, Cammu Kəşmir polisi Himalay dağlarında qış turizminin edildiyi Gülmarqda xizək zonalarına qar uçqunun düşdüyünü açıqlayıb.

Qar uçqunu nəticəsində iki polşalı xizəkçi ölüb, 21 nəfər isə xilas edilib.

2010-cu ildə Hindistan ordusunun 17 əsgəri Gülmarqda qar uçqunu nəticəsində ölüb.
Digər xəbərlər: