Gündəm
Prezident İlham Əliyev Çin liderinə başsağlığı verib.
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb.
Xezerxeber.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Sədr,
Çin Xalq Respublikasının keçmiş Sədri, görkəmli dövlət xadimi Tszyan Tszeminin vəfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan ilə Çin arasında dövlətlərarası əlaqələrin və əməkdaşlığın təməlinin qoyulmasında Tszyan Tszeminin böyük xidmətləri olmuşdur. Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına Tszyan Tszeminin verdiyi töhfəni yüksək qiymətləndiririk.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Çin xalqına dərin hüznlə başsağlığı verirəm".
Aslanov Təbriz|regiitv.az
Daha çox xəbər:
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurlu daxili və xarici siyasət həyata keçirir, beynəlxalq nüfuzu artır".
Əliyev Putinə başsağlığı verdi
İlham Əliyev Yaponiyanın İmperatoruna başsağlığı verdi
İlham Əliyev Ərdoğana başsağlığı verib
"Cin çıxarma" kursları fəaliyyətə başladı
Çin ABŞ-ı “səhv siyasət”ləri düzəltməyə çağırdı
Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edir
Tramp Rusiya, Çin və Hindistanı ittiham etdi
Azərbaycan Prezidenti slovakiyalı həmkarına məktub yazdı
Prezident İlham Əliyev israilli həmkarını təbrik edib