Dünya
Urmiya gölü 95% quruyub.
''Hazırda Urmiya gölünün 95 faizi quruyub''.
Bunu Fransada yaşayan azərbaycanlı tədqiqatçı, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli Bakıda keçirilmiş ''Urmiya gölünün harayı'' adlı dəyirmi masada bildirib.
Onun sözlərinə görə, İranın gölü qurutmağa çalışması molla rejiminin təkcə azərbaycanlıların yox, təbii sərvətlərimizin də qəsdinə durduğunu göstərir.
Dəyirmi masada iştirak edən Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" İnsan Haqları Komitəsinin həmtəsisçisi Maşallah Rəzmi bildirib ki, gölün quruması və duzlaşması səbəbindən ətraf kəndlərdə yaşayan 14 milyon insanın vəziyyəti ağırdır və onların həmin ərazidən köçürülməsi artıq labüddür. Maşalllah Rəzminin sözlərinə görə, İran hakimiyyətinin məqsədi də elə bu idi: Azərbaycanlıları həmin ərazidən didərgin salmaq.
Maşallah Rəzmi vurğulayıb ki, UNESCO Urmiya gölünün qurumasının qarşısının alınması üçün vəsait ayırsa da, İran ayrılmış maliyyəni aiddiyyəti üzrə xərcləməyib. Mütəxəssis əlavə edib ki, rəsmi Tehran ekoloji fəlakətə bilərəkdən yol açır.
Qeyd edək ki, Urmiya gölündə yaşanan ekoloji böhranla bağlı 2011-ci ildə güneyli soydaşlarımızın kütləvi etirazlarından sonra dövlət komissiyası yaradıldı. Lakin su hövzəsinin bərpası layihəsi parlamentdə heç müzakirəyə çıxarılmadı.
Bütün bunlar bir daha onu göstərir ki, molla rejimi azərbaycanlıların kökünü kəsmək üçün ekoloji amildən də istifadə edir.
Aslanov Təbriz|regiitv.az
Daha çox xəbər:
Universitetlərin yataqxanasında olan məcburi köçkünlər “Qobu-3”ə köçürüləcək
İranlı deputat: Şimal-Cənub Dəhlizi Azərbaycan və İranın birgə mənafeyini təmin edəcək
Ruhanidən Ermənistana – XƏBƏRDARLIQ
Bunu edən azərbaycanlı xanımlar 5000 manatadək cərimələnəcək
İtkin düşmüş əsgərimizin meyiti neytral ərazidən götürülüb
İran Süleymaninin qisası ilə bağlı hərbi əməliyyatları dayandırdı
Birinci Qarabağ Savaşında İran topçularının köməyi ilə 400 min azərbaycanlı xilas edildi.
Hindistanda HƏYƏCAN: Siklon səbəbindən 1 milyon insan...
Tələbələrin təhsil haqları belə ödəniləcək - RƏSMİ
Azərbaycan, Rusiya və İran liderləri tezliklə görüşə bilər