Hadisə
23:07, 30 noyabr 2022
15
0

Sumqayıtda qətl törədilib.

Sumqayıtda qətl törədilib.

Sumqayıtda kişi bıçaqlanaraq qətlə yetirilib.

Hadisə şəhərin Xəzər bağları, Qız qalası küçəsi, ev 61 ünvanında qeydə alınıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşları tərəfindən Aydın Həsənovun Sumqayıt şəhər sakini, spirtli içki aludəçisi olan 47 yaşlı Anastasiya Həmzəyeva tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

Mərhumun atası Adil Həsənov deyib ki, oğlu uzun illərdir narkotik aludəçisidir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Aslanov Təbriz|regiitv.az
Digər xəbərlər: