Gündəm
Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?
İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir, həmin gecə vəhşət namazı qılırlar. Bu, müstəhəb əməldir, vacib deyil.
Sfera.az islam.az-a istinadən bildirir ki, su tökərkən qəbrin baş tərəfindən başlayırlar və ayaq tərəfə davam etdirirlər, yenə baş tərəfə qayıdıb dövrəni tamam edirlər. Dəfndən sonrakı 40 gün ərzində hər gün bunu etmək müstəhəb sayılır. Adətən, məzarın üzərinə su səpdikdən sonra orada iştirak edənlər əl barmaqlarını məzarın torpağına batırıb 7 dəfə Qədr surəsi oxuyur və ölünün ruhuna rəhmət deyirlər.
Daha çox xəbər:
Metroda ÖLÜM - Gənc oğaln relslərin üzərinə düşdü
Faciə dolu anlar: 9 yaşlı uşağın üzərinə dəmir darvaza düşdü - foto
Kaktus adlı it altı gün ərzində marafon qaçışında iştirak edib
Sarıköklü mərci şorbası - Şəkər xəstələri üçün RESEPT
İki dəfə eyni yerə çıxaraq intihar etmək istədi: Səbəbi şok etdi - FOTOLAR