Foto
22:46, 29 sentyabr 2022
2 538
45

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi, general-leytenant Ziya Yusifzadə.

Ziya Yusifzadə 15 fevral 1929-cu il tarixdə Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub.
1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla
1952-ci ildə isə Moris Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu (ingilis dili ixtisası üzrə) bitirib.
1952 – 1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.
1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olunub; o cümlədən,
1972 – 1976-cı illərdə əks-kəşfiyyat şöbəsinin rəisi,
1976 – 1980-cı illərdə sədrin birinci müavini,
1980 – 1988-ci il illərdə sədr olub.
1988 – 1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.
1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.
1999-cu ildə hərbi qulluğa bərpa olunub; o cümlədən,
1999 – 2015-ci illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının rəisi vəzifəsində çalışıb.
~Hərbi rütbələri;
1977-ci ildə general-mayor,
1984-cü ildə isə general-leytenant hərbi rütbəsi alıb.
1955-ci ildən Sov.İKP üzvü olub.
Bir neçə çağırış Bakı Sovetinin,
9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
Azərbaycan KP-nin XXVIII və XXIX qurultaylarında Azərbaycan KP MK üzvlüyünə namizəd seçilib,
1980-cı ildən Azərbaycan KP MK üzvü və Azərbaycan KP MK Bürosu üzvlüyünə namizəd olub.
1981-ci ildə – Azərbaycan KP-nin XXX qurultayında isə Azərbaycan KP MK Bürosunun üzvü seçilib.
Sov.İKPnın 26-cı qurultayının nümayəndəsi olub.
~Təltif mükafatları;
Xüsusi xidmət orqanlarında xidmət etdiyi 45 ilə yaxın bir müddətdə SSRİ-nin, Azərbaycan Respublikasının və xarici dövlətlərin 40-dan çox orden və medalı, o cümlədən, Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeni (2004) və “Şöhrət” (2009) ordenləri ilə təltif olunub.
Ziya Yusifzadə 29 sentyabr 2015-ci il tarixdə – 86 yaşında, Bakıda vəfat edib.
30 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən vida mərasimindən sonra İkinci Fəxri xiyabanda dəfn olunub.
Digər xəbərlər: