Gündəm
10:56, 07 may 2019
81
0

Tullantı təkərləri toplayaraq görün nə hazırladı



Dünyada hər il 2 milyon ton tullantı ətraf-mühitin kirlənməsinə səbəb olur.

Bu tullantıların çoxu geri dönüştürülə bilsə də, bunu həyata keçirən insanların sayı çox azdır.

Brazilyada yaşayan 23 yaşlı Amiraldo Silvada bu insanlardan biridir. Bir mağazada kassir işləyən Silva boş zamanlarını daha faydalı bir işlə dəyərləndirir. Tullantı təkərləri toplayaraq heyvanlar üçün yataq hazırlayan Silva gördüyü işlə bütün dünyanın marağını öz üzərinə çəkib.

Silva iki il müddətində bu yataqlardan 500 ədəd sataraq böyük bir uğur əldə edib. Hazırda sadəcə Brazilyada satmasına baxmayaraq, Avropa, Şimali Amerika və Asiyadan da sifarişlər gəlir.

Boş zamanlarında tərk edilmiş heyvanlarla da maraqlanan bu adam eyni zamanda məktəbləri ziyarət edərək geri dönüşümün və ətrafı qorumanın vacib olduğundan bəhs edir.
Digər xəbərlər: