Şou / İdman
10:32, 06 may 2019
71
0

Meydanda "Mədətov", İnstaqramda "Əmrəli" - Mahir soyadını gizlətdi

Meydanda "Mədətov", İnstaqramda "Əmrəli" - Mahir soyadını gizlətdi


Ötən gün Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünün qalibi müəyyənləşib.

Axşam.az xəbər verir ki, "Səbail" komandası ilə qarşılaşan "Qarabağ" öz meydanında 4:0 hesabı ilə qalib gəlib.

Oyunda üç qolun sahibi isə son günlər adı atasının soyadından imtina etməsi ilə gündəmdə olan Mahir Mədətov olub.

İnstaqram hesabında soyadını "Əmrəli" olaraq dəyişdirən futbolçu meydanda formasının üstündəki "Mədətov" yazısı ilə oynayıb. Ancaq o, oyunsonrası paylaşımı ilə diqqət çəkib.

Mahir meydandan paylaşdığı fotoda soyadını gizlədib.

Qeyd edək ki, Mahirin atası, prodüser Anar Mədətovla arasında yaranan problemə onun anasından boşanmamış, ikinci dəfə ailə qurması səbəb olub.


Meydanda "Mədətov", İnstaqramda "Əmrəli" - Mahir soyadını gizlətdi


Meydanda "Mədətov", İnstaqramda "Əmrəli" - Mahir soyadını gizlətdi
Digər xəbərlər: