Siyasət
09:11, 25 may 2022
103
0

Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Cavid Qurbanov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib
Prezident İlham Əliyev Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Cavid Qəmbər oğlu Qurbanov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Digər xəbərlər: