Gündəm
DİN-dən XƏBƏRDARLIQ: Sabahdan bu obyektlərə giriş qadağandır
Daxili İşlər Nazirliyi (DİN) COVID-19 sertifikatı olmayan vətəndaşlara xəbərdarlıq edib.
DİN-in Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev "Report”a açıqlamasında bildirib ki, COVID-19 infeksiyasının daha da geniş yayılmasının qarşısını almaq məqsədi ilə polis əməkdaşları tərəfindən bundan sonra da gücləndirilmiş nəzarət profilaktiki tədbirlər həyata keçiriləcək.
"Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən etibarən immunitet və ya əks göstəriş sertifikatı olmayan vətəndaşın sonuncu COVID-19 virusuna qarşı qəbul etdikləri peyvənddən 6 aydan artıq müddət keçibsə, onların xidmət sahələrindən idman sağlamlıq mərkəzlərinə, iri ticarət obyektlərinə, kafe, restoran, çay evləri və digər iaşə obyektlərinə girişi qadağan olunacaq", - o vurğulayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə fevral ayının 15-dən sonra buster doza vurdurmayan şəxslər ictimai iaşə müəssisələrinə, qapalı məkanlara, idman zallarına, şənlik mərasimlərinə buraxılmayacaqlar.
Daha çox xəbər:
Kafe və restoranlar açılır - OPERATİV QƏRARGAHIN QƏRARI
Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək - DİN-dən AÇIQLAMA
Nazirlər Kabineti kafe və restoranların fəaliyyəti ilə bağlı məlumat yaydı
Kafe və restoranların daxilində xidmət göstərilməsinə icazə verildi - Bu gündən
Rayondan gələnlərin 25 manata Bakıya buraxılması xəbərinə - DİN-dən münasibət
COVID-19 pasportunun iki növü var.
Martın 15-dən SMS-icazə bərpa ediləcək? - Operativ Qərargahdan AÇIQLAMA
Birinci gündən bu sahələrin fəaliyyətinə icazə veriləcək - RƏSMİ
Bu gündən restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ - VİDEO