Gündəm
08:55, 07 fevral 2022
129
1

7 fevral Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür

7 fevral Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür
Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid olmuş M. Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra, hərbi xidmətə çağrılmışdır.

Şəxsi həyatı
Boksla məşğul olmağı sevirdi.[1] Mübarizin cəbhə yoldaşı Rəşad Həsənlinin sözlərinə görə, o, mütəmadi olaraq namaz ibadətini yerinə yetirirdi.[2]

Hərbi xidməti

Hərbi xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Ardınca mülki işlərdə çalışmış, 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətini davam etdirmişdir. Bir müddət sonra öz istəyi ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlamışdır.

Ölümü
18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir.[3] Ermənistan Silahlı Qüvvələrinin bir neçə əsgər və zabitini öldürür.[4] Sonra isə ermənilərin öz silahlarını onlara qarşı istifadə edərək 5 saat onlarla döyüşür. Mübariz İbrahimov səhərə yaxın saatlarda həlak olur.

Atası Ağakərim İbrahimovun dediklərindən:

" Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar...[5] "

2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması:

" Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.[6] "
Həmin ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalamışdır.[3][7] Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilmişdir.[3][7] Prezidentin başqa bir sərəncamı ilə Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

" 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.
2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.[8]
Digər xəbərlər: