Gündəm
13:47, 19 yanvar 2022
55
0

Metro ilə əyləncə mərkəzini səhv salan gənclərlə bağlı araşdırma başladı

Metro ilə əyləncə mərkəzini səhv salan gənclərlə bağlı araşdırma başladı
Metronun “Bakmil” stansiyasında nalayiq hərəkətlər edən gənclərlə bağlı araşdırma başlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O əlavə edib ki, sözügedən görüntülərlə bağlı Metropolitendə Polis Şöbəsində araşdırma aparılır.
Bakıda metro stansiyalarının birində xoşagəlməz hadisə baş verib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə "Bakmil" metro stansiyasından Nəriman Nərimanov metro stansiyasına hərəkət edən qatarda bir qrup gəncin xoşagəlməz hərəkətlər etməsi öz əksini tapıb.

Əyləncə mərkəzini metro ilə səhv salan gənclər bunu lentə alaraq sosial şəbəkədə yayıblar.
Digər xəbərlər: