Siyasət
Ermənistan Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, günahlarını etiraf etsin - XİN
Ermənistan XİN-in guya Bakıda 1990-cı ilin yanvar ayında erməni əhalisinə qarşı qırğın törədilməsi ilə bağlı tamamilə əsassız və uydurma iddiası, Ermənistan tərəfinin Azərbaycanın dinc əhalisinə qarşı tarixən həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini gizlətmək məqsədini güdən propaqandadır”.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
“Təəssüflə qeyd etməliyik ki, ermənilərin qurban şəklində təqdim edildiyi hekayələr onilliklər ərzində erməni millətçiliyinin ideoloji əsasını təşkil edib və elə bu da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına təkan verib, Ermənistanla Azərbaycan arasında yüz minlərlə insanın böyük iztirablarına səbəb olan dağıdıcı münaqişəyə gətirib çıxarıb. Hazırda münaqişədən sonrakı dövlətlərarası münasibətlərin normallaşması məsələlərinin müzakirə mövzusu olduğu bir vaxtda Ermənistan XİN-in yenidən bu kimi əsassız və destruktiv bəyanatlarla çıxış etməsi qarşı tərəfin münasibətlərin normallaşmasına çalışmadığını, əksinə zərərli fikirlərlə öz cəmiyyətlərini zəhərlədiklərini göstərir. Bu isə təəssüf doğurduğu qədər təhlükəlidir.
Azərbaycanda ermənilərin “poqromları” adlandırılan uydurma iddiaya gəldikdə, istintaq materialları, eləcə də bir sıra beynəlxalq müstəqil qurumların təkzibedilməz müşahidələri sübut edir ki, əslində bu, Azərbaycan xalqının müstəqilliyi və suverenliyi uğrunda artan mübarizə şəraitində sovet xüsusi xidmət orqanları tərəfindən hazırlanmış təxribatçı əməllər idi. Xatırladırıq ki, 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları kütləvi qətl, işgəncə və təqib kampaniyası ilə, etnik azərbaycanlıların sistemli şəkildə hədəfə alınması nəticəsində 250.000-ə yaxın azərbaycanlının Ermənistan SSR-dəki tarixi yerlərindən zorla köçürülməsi ilə müşayiət edilib. Təəssüf ki, bu günədək Ermənistan tərəfindən Azərbaycanlılara qarşı törədilən bu və digər çoxsaylı cinayətlərə görə heç bir nəfər də məsuliyyətə cəlb edilməyib.
Məlum olduğu kimi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu dinc azərbaycanlılara qarşı qırğın törədib və bu cinayətə görə məsuliyyəti keçmiş sovet rəhbərliyi daşıyır. 1990-cı ilin yanvar hadisələri Azərbaycan xalqının müstəqillik əzmini qıra bilmədi və ölkəmiz dövlət müstəqilliyini bərpa etdi.
Ermənistan XİN-i Azərbaycanı əsassız şəkildə ittiham etməkdənsə, keçmiş prezidentlərinin şəxsən təsdiq etdiyi etnik təmizləmə siyasətini və 30 ilə yaxın davam edən işğalçı siyasəti çərçivəsində yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını onilliklər ərzində kobudcasına pozduqlarını etiraf etməlidir. Etiraf etməlidir ki, günahkar şəxslər məsuliyyətə cəlb edilsin, gələcəkdə bu kimi cinayətlər bir daha törədilməsin”, - o qeyd edib.
Daha çox xəbər:
Erməni diversant qrupu Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib - RƏSMİ
Azərbaycan XİN: "Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir"
XİN məlumat yaydı
Hikmət Hacıyevdən ermənilərin yayıb sildiyi foto ilə bağlı AÇIQLAMA - FOTO
"Noyabrın 7-də Azərbaycana qarşı bunu etmişdik" - ERMƏNİLƏRDƏN SENSASİON ETİRAF
Səfir Ermənistanın son təxribatları ilə bağlı Meksikanın radio kanallarına müsahibələr verib
Azərbaycan Uruqvaya nota verdi
Cavad Zərif erməni həmkarı ilə görüşdü
Ara Ayvazyanın Qarabağa qanunsuz səfəri gərginliyi alovlandırmaq cəhdidir — RƏSMİ
XİN-dən Ermənistanın yenidən atəşkəsi pozması ilə bağlı BƏYANAT