Gündəm
21:16, 02 yanvar 2022
35
0

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 11:00-dan axşam saatlarınadək...

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 11:00-dan axşam saatlarınadək...
3 yanvar tarixində saat 11:00-dan axşam saatlarına qədər Ziya Bünyadov prospektinin 20 Yanvar dairəsindən Koroğlu qovşağı istiqamətində yerləşən sonuncu avtomobil tunelində işıqlandırma sisteminin təmiri işləri həyata keçiriləcək.

Regiitv.az BAKU.WS-a istinadən bildirir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, sözügedən müddət ərzində tunellə avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq prospektin yan yoluna yönəldiləcək:

“Sürücülərdən qeyd edilən zaman çərçivəsində sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”.
Digər xəbərlər: