Cəmiyyət
Bizim zəmanədə insan insanın cəlladıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına.
Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti MEHRİBAN xanım Əliyevaya.
Surəti : Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev cənabına.
Surəti : Azərbaycan Respublikasının Prezidentinin Hüquq siyasəti komitəsinin sədri Fuad Ələsgərov cənabına.
Surəti : Azərbaycan Respublikasının Ədliyyə Naziri, Məhkəmə - Hüquq Şurasının sədri Fikrət Məmmədov cənabına.
Surəti : Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cənabına.
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev cənabına.
Surəti : Azərbaycan Respublikasının Milli Məclisin sədri Sahibə xanım Qafarovaya.
Surəti : Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq Siyasət komitəsinin sədrinə.
Surəti : Azərbaycan Respublikasının Milli Məclisinin İnsan hüquqları üzrə komitənin sədrinə.
Surəti : Azərbaycan Respublikasının Milli Məclisinin deputatı ______________________
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev cənabına.
Surəti : Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevaya.
Bakı şəhəri, Binəqədi rayon, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4-cü mədən ərazisi, fərdi evdə yaşayan Comərdov Elxas Səfi oğlu tərəfindən
Əlaqə tele :(051)904 28 73 : (055)288-05-19
MÜRACİƏT
"BİZİM ZAMANƏDƏ İNSAN İNSANIN CƏLLADIDIR. KİMİN Kİ, ƏLİNDƏ İXTİYAR VAR, NƏ DESƏ DOĞRUDUR. KİM Kİ, MƏZLUMDUR, NƏ DESƏ YALANDIR"
Mir Cəlal.
Cənab Prezident !
Çox hörmətli Mehriban xanım !
Mən, yuxarıdakı fikirləri verməklə, heç də, SİZİN mərhəmətnizi ummaq deyil. Mən o şəxsiyyəti tanıyıb, kitabların oxuyub həyatı dərk edəndə, Sizləri heç xəyalımdan keçirmirdim. Sadəcə, o gözəl şəxsiyyətin, alimin, pedaqoqun, yazıçının, o ibratamiz fikirləri, QURDUĞUNUZ, İDARƏETMƏSİNİ APARDIĞINIZ HAKİMİYYƏTİN, HÖKUMƏTİN QAYƏSİNİ TƏŞKİL EDİR, deyə, Sizin üçün də maraqlı olacağın düşünüb, yaddaşımı təzələdim...
Cənab Prezident !
Çox hörmətli Mehriban xanım !
Hörmətli yuxarıda adı keçən şəxslər !
Mənim, sizlərin, idaretməsi Konstisiya ilə təsbit edilmiş, rəhbərliyiniz altında, ÖLKƏ kimi idarə olunduğu idda olunan ÖLKƏNİN, idarə olunmasında qəbul olunan, mövcud qanunların, mənə verdiyi hüquqlar, ayaqlar altına atılaraq tapdanır...
İXTİSASLAŞMIŞ məhkəmələrniz tərəfindən, DƏRINLƏŞƏN HÜQUQI ISLAHATLARNIZ sayəsində pozulmuş hüququmun bərpası üçün, dəfələrlə sizlərə etdiyim MÜRACİƏTİMƏ aldığım savadsız, şablon cavabları, bu orta təhsilimlə oxuyub, anlayıram ki, siz ya ÖLKƏNİ , ölkə kimi idarə etdiynizi düşünürsünüz, yada ÖLKƏ adı altında istədiyniz bir idarəetmə formasını qurmusunuz. Yada, ÖLKƏNİ, ÖLKƏ anlamından çıxardırsınız.
Cənab Prezident !
Ölkə, ya Sizin tapşırığnızla belə idarə olunur, yada Sizə , tabeyliynizdəki, adları yuxarda çəkilən şəxslər, ölkəni, ÖLKƏ kimi idarə etdiklərini deyirlər.
Mənim, sizlərə etdiyim müraciətlərimə aldığım cavablar, məni belə düşünməyə vadar edir.
Cənab Prezident !
Ötən müraciətlərimdə dəfələrlə yazmışam, bir daha qısa başıma gələnlərə aydınlıq gətirəcəm...
Mən, "Kontakt Home"nin, 20 yanvar mağazalar filalından, kredit şərtləri ilə mobil telefon götürmüşəm. Bir həftədən sonra telefonun senseri, ekranı donub, işləməyib. Bizim günahmız üzündən telefon stolun üstünə qoyulanda ( zərblə atılanda), stolun üstündən düşüb, ekranında çat əmələ gəlib. Lap deyək sınıb. Gətirmişəm mağazaya deyiblər ki, apar servismizə düzəltsinlər. Çünki, mənim bu məhsula görə "QIZIL ZƏMANƏT" İM var. Həmin "Qızıl zəmanət" in 1-ci bəndində yazılır -
" BU ZƏMANƏT YARANMA SƏBƏBİNDƏN ASLI OLMAYARAQ, QÜSURLARIN ( O CÜMLƏDƏN EKRANIN SINMASI, MEXANİKİ ZƏDƏLƏR, MAYE KEÇMƏSİ) TƏMİRİNƏ VERİLİR."
2-ci bəndində yazılır -
"MƏHSULUN TƏMİRİ, EHTİYAT HİSSƏLƏRİ DAXİL OLMAQLA PULSUZ HƏYATA KEÇRİLİR..."
Məndə, bu zəmanətdə göstərilən bəndlərə uyğun telefonu öz ixtisaslaşmış servislərində təmir etdirdim. 10 gündən sonra, yenə eynən, ekranda, senser hissəsində donma baş verdi, yəni işləmədi. Gəirdim mağazaya ki, Azərbaycan Respublikasının Mülkü Məcəlləsinin, "İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" Qanunun mənə verdiyi hüquqlardan istifadə edərək, zay, kefiyyətsiz mallarını qaytarım, dəyişim və ya başqa birini ödənişində dəyişiklik edilməklə birin götürüm. Çünki mağaza mənə, MM - tələblərinə uyğun olmayan mal satmışdır, daha doğrusu sırımışdır. Mülkü Məcəllənin 581.1 - ci maddəsinə görə, satıcı, alıcıya, müqaviləyə uyğun kefiyyətli mal verməlidir. 581.4 - cü maddəyə görə satılan əşyanın kefiyyəti barədə məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı, alıcıya həmin tələblərə uyğun gələn əşya verməyə BORCLUDU. " İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında" Qanunun 3-cü maddəsinə görə də, istehlakçının istehlak etdiyi malın lazımi kefiyyətdə olmasını tələb etmək hüququ vardır. Həmin qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, istehlakçı satıcıdan şərtlərə uyğun malın verilməsini tələb edə bilər. Həmin maddənin 3-cü bəndində qeyd olunur ki, satıcı istehlakçıya şərtlərə cavab verən mal verməyə borcludur. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndində yazılır :- İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə, satıcıdan və ya istehsalçıdan aşağdakıları tələb etmək hüququna malikdir. : - lazımı kefiyyətli mala dəyişdirməyi.. 2. Satıcı istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci hissəsində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməy borcludur. Eyni müddəa Mülki Məclisin 582.2-ci maddəsində də qeyd olunmuşdur. Həmin Məcəllənin 587.2-ci maddəsində yazılır. ƏŞYANIN KEFİYYƏTİNƏ AİD TƏLƏBLƏR ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ POZULDUQDA ( ARADAN QALDIRILA BİLMƏYƏN QÜSURLAR, TƏNASÜBSÜZ XƏRCLƏR VƏ YA VAXT SƏRF ETMƏDƏN ARADAN QALDIRILA BİLMƏYƏN QÜSURLAR AŞKAR EDİLDİKDƏ VƏ YA DƏFƏFƏRLƏ AŞKAR EDİLƏN VƏ YA ARADAN QALDIRILANDAN SONRA YENİDƏN ÜZƏ ÇIXAN VƏ DİGƏR BU CÜR QÜSURLAR OLDUQDA) ALICININ İXTİYARI VAR Kİ : 587. 2.1. alqı - satql müqaviləsinin icrasından imtina etsin və ya əşya üçün ödədiyi məbləğin qaytarılmasını tələb etsin. Hansı ki, mən 3 ay gecikmədən, qrafikə uyğun ödəniş etmişdim və HARAM xoşları olsun deyib keçmişdim...
Hörmətli Prezident !
Çox hörmətli Mehriban xanım !
Hörmətli adı müraciətimdə keçən şəxslər !
Bu mənim, ÖLKƏM saydığım ÖLKƏNİN qəbul olunan qanunları ilə qorunan hüquqlarımdır. Amma bütün istinad etdiyim hallarda hüquqlarım pozulmuşdu. MM - nin 587.2-ci maddəsinə uyğun olaraq, "QIZIL ZƏMANƏT"İN MƏNƏ VERDİYİ HÜQUQDAN İSTİFADƏ EDİB TELEFONU TƏMİR ETDİRDİM. Amma yenə eyni yerdən xarab oldu. Günlərlə baş idarə axtardım, zay məhsulların qanunun tələblərinə uyğun geri götürmədilər. Dəfələrlə xahiş etdim, akt tərtib edin, zay malnızı geri götürün dedim, xahiş etdim, xeyri olmadı. Məndə məcbur olub, yanımda iki nəfər şahid aparıb telefonu onların yanında, onların şahidliyi ilə aldığım mağazada müdrün stolunun üstünə qoyub çıxdım.
Cənab Prezident !
Çox hörmətli Mehriban xanım !
Hörmətli cənablar !
Düz iki il sonra, DEPUTATINIZ ELNUR ALLAHVERDİYEVİN 26 oktyabr 2019 - cu il tarixdə imzalanmış İDDİA ƏRİZƏSİNƏ Abşeon rayon Məhkəməsində ( yəqin ki, İXTİSASLAŞMIŞ məhkəmənin İXTİSASLAŞMIŞ hakimi olar) 29.10. 2020-ci ildə hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, böyük biyabırçılığnan, qanun pozuntusuyla, məhkəməyə hörmət qoyulmayaraq işə baxıb qətnamə çıxarıldı.
1. Deputatnızın 1 il sonra imzaladığı və 1 il sonra məhkəmədə baxılmış (ümumilikdə düz iki il sonra) işdə, deputat fəaliyyəti ilə məşğul olan şəxsin, iddia ərizəsinin götrülməməsi, dəyişdirilməməsi onların xeyrinə məsələyə baxılacağı demək deyil ki...?
2. Sizin hakim Səfiyeva Cəmilə məhkəməni mənim gözümdən elə pis saldı ki, bu gündə onu xatırlayanda belə utanıram. Hazırlıq iclasında hakiminiz İDDİAÇI tərəfin mövqeyindən danışdı. SANKİ MƏN DÜŞÜNÜRDÜM YƏQİN BU HAKİM DEYİL, İDDAÇI TƏRƏFİN SƏLAHİYYƏTLİSİDİ. Etiraz edib, bildirdim ki, - "DAHA QƏRAR HAZIRDI DA DE" - deyib, durub çıxmaq istədim. Öz təmsil etdiyi məhkəməyə hörmət qoymayan hakim, mənə "BAZARDA" olmadığmı xatırlatdı. Mən də izah edib, hakimin nəzərinə çatdırdım ki, mən gələndə məhkəməyə gəldiyimi bilirdim. Amma siz elə davrandız ki, mən özümü həqiqətəndə "BAZARDA" hiss etdim. Bundan sonra mənim şahidlərimi bir-bir çağrıb dinləyib, sualların verib, öz katibinə tapşırdı ki, - "DEYİLƏNLƏRİ PROTOKOLLA YAZ." Sonra həmin hakim, yəni iddiaçı tərəfin mövqeyindən açıq - aşkar çıxış edən, mənə, "GƏLSƏNƏM SIZI BARIŞDIRIM " - deyib, öz köməkçisinə, iclasın katibinə tərəfə üzün tutub, qarşı tərəfdən əvvəldən tanıdığı xanımın adın çəkib, bildirdi ki, - "ONA ÇATDIR, MÜTLƏQ GƏLSİN, BURADA ŞAHİDLƏRDƏ DEYİR TELEFON QAYTARILIB" . Zəng edib, növbəti iclasın vaxtın de, gəlməsini bildir. Növbəti iclasda şahidlərim gəlsə də onları hakim prosesə dəvət etmədi. Qarşı tərəfin Sevinc adında səlahiyyətlisiylə, xanımla, qadın həmrəyliyi nümayiş etdirib, şirkətlərinin adının məhkəmələrdə hallanmamasını məqbul saymayaraq, mənə verdiyi sözə uyğun bizim barışığmızı təklif etdi. Düzü gülüşmə, edilən söhbət, mənə eynən bazarı xatırladırdı. Nəticədə mən də, bu məsələdə çox dirəniş göstərib, problemi "başağrısıyla" çözmək niyətim yox idi. Odur ki, barışıqla razılaşdım.
Düşündüm ki, nəhayyət, bu, yadımdan çıxmış, ödədiyimində HARAMLARI olmasını Allahdan dilədiyim, özlərinə qaytardığım telefonun problemlərindən də canım qurtaracaq. Amma sonrakı proseslər onu göstərdi ki, mən aldadılıram, bunlar qərar çıxartdırıb, özlərində olan telefonun müqavilə şərtinə görə, MM-nin 445.5 - ci maddəsinə uyğun, mənim günahım üzündən olmayan ödənilməmiş pulunun tutulmasına yönəldiləcək...
Amma bir məqamda məni düşündürürdü, hakim ən azından, iddaçı ilə aramızda olan müqavilənin şərtlərinə uyğun hərəkət edilmədiyindən, müqavilənin 3.1, 3.2, 3.3 , 3.4 - cü bəndlərinə istinad etməklə qətnamə çıxaracaq. Hansı ki, müqavilədə göstərilir ki, ödəniş olmadıqda, gecikdirildikdə, iddiaçı malın müqavilədə göstərildiyi kimi geri tələb etməli idi. Bu tələb olmayıb. Çünki, qarşı tərəf müqaviləsində yazır ki, mal müştəriyə ödəniş tam olunana qədər istifadəyə verir. İstənilən vaxt yuxarıdakı hallar baş verərsə geri istəmək hüququ var. Həmin məhsulu, malı, xusisiyyətinə görə, aidiyyatı qruma müraciət edərək həmin malı istifadəsiz edə bilər. Yəni telefonu rabitə xidmətindən çıxartdıra bilər. Buda baş verməyib...
HANSI Kİ, İLK MƏHKƏMƏ HAZIRLIĞINDA DA, MƏHKƏMƏ BOYUNCA, APELLYASİYA ŞİKAYƏTİMDƏ YAZILI SURƏTDƏ VERDİYİM ETİRAZIMDA, QARŞILIQLI İDDAMDA BU HALLARIN ARAŞDIRILMASIN, MPM 78.2-Cİ MƏDDƏSİNƏ UYĞUN APARILMASIN XAHİŞ ETMİŞƏM.
MPM - nin 78.2-ci maddəsində hansısa sübutları mənim təqdim etməyim imkansızdırsa məhkəmə bunu vəsatət əsasında etməliydir. Çünki, eşitmişdim ki, mənə sırınmış telefon kiməsə satılır, verilir bilmirəm, bir müddətdən sonra qaytarılır. Məndə odur ki, məhkəmədən ona görə xahiş edirdim ki, rabitə nazirliyinə sorğu verilsin, həmin İMEİL kod altında olan telefon hansı nömrələrlə işlədilib...?
O, telefonu 2 il ərzində mənimlə bağladıqları müqaviləyə uyğun işləməsini məhdudlaşdırıblarmı...?
Buda onu göstərirdi ki, telefon özlərindədir. Hansı ki, hakimin "barışıq" dediyi ərəfədə də Sevinc xanım telefonun onlarda, anbarda olduğun bildirmişdi. Apellyasiya məhkəməsinə 2 saat qalmış hətda mənimlə danışan şirkət rəsmisinin, telefonun onlarda olmasını deməsi buna bir daha aydınlıq gətirirdi.
BƏS ONDA BUNLAR, NƏYİN PULUN MƏNDƏN İSTƏYİRDİLƏR...?
MƏN MƏHKƏMƏ PROSESLƏRİNİ TƏK MƏHKƏMƏ POZUNTUSU KİMİ DƏYƏRLƏNDİRMİRƏM. BU ÖZBAŞNALIQ, HAKİMİYYƏTİN İDARƏ OLUNMASININ MAHİYYƏTİNİ ORTAYA QOYURDU. BUNDAN ƏLAVƏ YAZDIĞIM MÜRACİƏTLƏRİMƏ ALDIĞIM ŞABLON CAVABLAR MƏNƏ BELƏ DEMƏYƏ ƏSAS VERİR.
Cənab Prezident !
Sizin məhkəmə islahatları haqqında verdiyiniz bütün DƏRİNLƏŞƏN HÜQUQİ İSLAHATLAR məhz bu cür icra olunur və olunub. Hakiminiz qəbul olunan qərarı gecikdirməklə, qarşılıqlı iddama baxmayacağı ilə mənə dövlət rüsumu ödəməyə vadar edəndə bilməli idi ki, hazırkı iş üzrə istehlakçı hüquqlarının qorunmasına görə dövlət rüsmu tutulmamalı idi. Bəli, dövlət rüsmu MPM-nin 155 - ci maddəsiylə tənzimlənir. Ancaq hakimin savadsızlığından, yoxsa bu işdə, mənə qarşı əngəllər yaratmasından başqa bir şey görmürdüm. Belə olmasa idi, həmin hakimniz apellyasiya şikayətimi yenidən rüsum bahanəsin edib bir aydan sonra geri qaytarmazdı. Verdiyi QƏRARDADIN etdiyim şikayətdən bir ay sonra, öz QƏRARDADIN ləğv edib apellyasiya şikayətmi böyük ürək ağrısı ilə qəbul etməzdi.
ŞƏXSƏN MƏN BUNA GÖRƏ O HAKİMİN YERİNƏ UTANIRDIM Kİ, ONU HƏM SAVADSIZ, HƏM QƏRƏZLİ OLDUĞUNU, HƏMDƏ ÖZ QƏRADADINI LƏĞV ETDİRMİŞDİ.
Bu hüquqi çəkişmə yox, birbaşa MPM-nin 9.1- maddəsini ayaqlar altına atıb, elə həmin Məcəllənin 8.2 - ci maddəsinə tüpürmək idi.
Apelyasiya şikayətinə baxan hakim Gülnarə Tağızadə isə nəyə baxdı, nəyi araşdırdı bilmədim. Çünki onun başı qarşı tərəfin nümayəndəsindən, deyəsən əvvəldən tapşırdığı, işin içində çatışmayan, sonradan yazdırılaraq işə tikilməsi vacib olan arayışları, aktları yığmaqla məşğul idi. Eynən dəftərxana müdürəsi kimi, qarşısındakı işi varaqlayıb, qarşı tərəfin nümayəndəsindən, hansıs akt, arayış, sorğu məlumatların alıb, işə əlavə etməklə məşğul idi. Həqiqətən gülməli vəziyyət yaranmışdı. Bunlar o qədər savadsızdılar ki, qarşı tərəfidə özləri kimi görürlər. O hakimin qulağı, əgər mən danışdıqlarımda idisə, mənimdə gözüm onun canfəşanlığında idi. Hakimə etiraz əlaməti olaraq bildirdim ki, onlar şirkətdi, "firminni blankları" var, tələb, məsləhət, göstəriş verməklə istədiyiniz şeyi yazdırıb işə tikə bilərsiniz. Bu hüquqi əsas sayıla bilməz. Əsas, fakt, sübut yoxdusa, onun hüquqi əsası yoxdu. Qarşı tərəf üçün məsuliyyət yaradır. Lakin, başı sənəd toplamağa qarışan hakim etirazıma cavab vemib, müşavirə otağına gedib, qayıdıb antidemokratik qərarın elan etdi. Ona görə antidemokratik deyirəm ki, girişdə gətirdiyim sitat buna əyanı isbatdır.
Cənab Prezident !
Hörmətli Mehriban xanım !
Hörmətli adı bu müraciətimdə keçən şəxslər !!!
Bu sizin ölkə kimi idarə etdiyiniz, ölkə məhkəməsinin, dərinləşən hüquqi islahatlar nəticəsində baş verən biyabırçılığı.
İndi sizlərə bu işlə bağlı müraciətlərimə, sizin rəhbərlik etdiyiniz təşkilatların verdiyi gülünc doğuran cavabları.
Ədliyyə nazirliyi mütamadi olaraq cavablarında yazırlar ki, "... məhkəmə qərarının hüquqiliyi ilə əlaqədar müraciətniz...".
Bəyəm mən, məhkəmə qərarının hüquqiliyin təsdiq etdirmək istəyirəm...?
Məhkəmə qərarı "hüquqi" dirsə, bəs mən ondan niyə narazıyam...?
Yazırlar ki, qanunda hakimlər haqqında qanuna uyğun olaraq, hakimlər haqqında tədbir görə bilmərik. Birincisi mən hansısa tədbir görülməsin istəmirəm, hüquqlarmın bərpasın tələb edirəm. Ədliyyə nazirliyi müraciətimə verdiyi cavabları oxuyandan sonra düşnürəm ki, niyə, məhkəmələrin qarşısındakı lövhə üzərində Ədliyyə nazirliyi yazırlar..?
Bəlkə ədliyyə nazirliyi təsərüfat müdürlüyü kimi inzibati binalara cavabdehdi...?
Bir yandanda görürəm, oxuyuram ki, Ədliyyə nazirliyinin Məhkəmə Hüquq Şurası hakimləri inzibati tənbeh edir, töhmət, şiddətli töhmət, səlahiyyətinə xitam verir. Hansı ki, bu qrumda hakimlər haqqında onların belə bir səlahiyyətləri olmadığın məktublarında yazıblar. Həmin məktubları saxlayıram.
Ali Məhkəmə lap biyabırcasına, şablon cavabla, hətda " sizə izah edilmişdir", yazıb nəzərə alımaqmı xahiş edir. Mən yuxarıda sadaladığım qanun pozuntuları qalır bir yana, mənə durub apellyasiya, kasasiya şikayət verməyimi və verə biməməyimi göstərir. Mən, qanunun mənə verdiyi hüquqlarımın pozulduğun göstərirəm, onlar isə heç tələb kimi qoymadığım məsələni məktublarında yazmağı belə utanmırlar.
Hörmətli Sahibə xanım.
Sizin rəhbərlik etdiyiniz, seçisi vətəndaş olan Milli Məclisin aparatının vətəndaşın müraciətinə bu cür laqeyid yanaşması lap başqa gündə biyabırçılıqdır. Hər iclasa 30-35 qanun qəbul edilə və o qanunlarda bu cür, gülüc doğuraraq pozula... Doğurdan dəhşətdir. Özüdə bu qanun sizin deputatın iddiası ilə pozula, siz bir kəlmə söz deyə bilməyəsəniz. Hannsı ki, həmin deputatın dolayısı ilə, birbaşa o şirkətlə bağlılığı hamıya məlumdu. Sosial şəbəkələrdə də bu şirkətin qanunsuzluqları barədə yetərincə yazılıb, deyilir. Gördüyünüz tədbir, qınaq, irad hanı...? Gərək Pezident "dobro" verə, sonra yarınmaq üçün növbəyə duralar...?
Odur ki, sizin hər birinizdən, 10-cu sinif təhsilli mənə, göstərdiyim hüquqi pozuntular barədə qanunun tələblərinə uyğun cavab verilməsini xahiş edirəm.
Yada ki, susdurulmağıma göstəriş verin. Çünki mən bu məsələdə sona qədər israrlıyam.
Əvvəlcədən, tərbiyyəmə uyğun, minnətdarlığmı bildirirəm.
Hörmətlə : E. S. Comərdov.
Daha çox xəbər:
YAP İdarə Heyətinin iclası başladı - deputatlığa namizədlər müəyyənləşəcək
Prezidentin parlamentin buraxılması ilə bağlı sorğusuna baxılır - İCLAS BAŞLADI
Prezidenti İlham Əliyev - MÜRACİƏT
Milli Məclisin plenar iclası başlayıb, Əli Əsədov iclasda iştirak edir
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı