Dünya
14:17, 26 iyul 2021
182
1

COVID pasportu olmayanlar kafe və restoranlara buraxılmayacaq

COVID pasportu olmayanlar kafe və restoranlara buraxılmayacaq Fransa senatı və aşağı palata təmsilçilərinin yer aldığı Milli Məclis deputatları bir sıra dəyişikliklərlə COVID pasportu ilə bağlı qanun layihəsini qəbul edib.

Yeni qanun layihəsi ciddi müzakirələrə səbəb olub və narazılıqlarla qarşılanıb.

Müzakirələrdən sonra 123 səs lehinə, 199 səs əleyhinə olmaqla təsdiqlənib. Yeni qanuna əsasən, COVID pasportu olmayan vətəndaşlar kafe və restoranlara daxil ola bilməyəcək. COVID pasportu yalnız 18 yaşdan aşağı yeniyetmələr üçün məcburi deyil. Əgər valideynləri icazə verərsə, həmin uşaqlara da peyvənd edildikdən sonra pasport verilə bilər. Amma yeniyetmələrin ictimai iaşə obyektlərinə pasportuz daxil olması üçün heç bir qadağa yoxdur.
Digər xəbərlər: