Mədəniyyət
Səməd Səmədovun ölümü ilə bağlı SON TƏFƏRRÜATLAR: Elə qəfil baş verdi ki...
"Səməd bəy bir neçə saat əvvəl "Yeni Klinika"da dünyasını dəyişib. Bir həftə idi ki, xəstələnmişdi. Dünən halı yaxşı idi, sonuncu dəfə saat 3-4 radələrində danışdıq. Sonradan halı pisləşib və ailəsi xəstəxanaya yerləşdirməyə qərar verdi. Dedilər ki, böyrək çatışmazlığı var, ciyəri sıradan çıxıb. Həkim Emil Qasımov xəbər verdi ki, onu artıq itirmişik".
Bu sözləri açıqlamasında müğənni Tural Qismət danışıb.
Yaxın dostu Səməd Səmədovun qəfil ölümündən sarsıldığını deyən Tural Qismət bildirib ki, Xalq artistinin əvvəllər səhhəti ilə bağlı heç bir problemi olmayıb:
"COVID-19-a yoluxması nəticəsində vəziyyəti ağırlaşıb. Ölümü elə qəfil baş verdi ki, ailəsinə heç bir vəsiyyət etməyə imkanı olmadı. Heç kim gözləmirdi ki, dünyasını dəyişə bilər. Bu, çox böyük itkidir. Səməd bəy mənə həmişə böyük qardaşlıq edib, sənətə gətirib, efirə çıxardıb. Bütün bunlara görə ona borcluyam. Vida və dəfn mərasimi haqqında heç nə deyə bilməyəcəm. Oğlu Anar axşam Moskvadan gəlməlidir"

Daha çox xəbər: