İqtisadiyyat
15:02, 26 iyun 2021
50
0

Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR: Yeni yol inşa EDİLƏCƏK

Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR: Yeni yol inşa EDİLƏCƏK Gürcüstanın Kaxeti bölgəsində yeni avtomagistral üzərində Tbilisi-Saqareco yol hissəsinin inşası ilə bağlı tender elan olunub.

Bu barədə ölkənin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, yüksək hərəkət intensivliyi ilə seçilən hissədə 35,2 kilometr uzunluqda dördzolaqlı asfalt örtüklü yol çəkiləcək.

Yolun inşası dövlət büdcəsindən maliyyələşdiriləcək. Layihələndirmə işlərini Dünya Bankının maliyyə dəstəyi ilə xarici şirkətlər həyata keçirib.

Üç lot üzrə elan edilmiş tenderdə Gürcüstan şirkətləri ilə yanaşı, birgə müəssisələr də iştirak edə biləcəklər.

Tbilisi-Saqareco yolu Gürcüstan paytaxtını Kaxeti regionu ilə birləşdirən, həmçinin Azərbaycanın şimal-qərb bölgəsi ilə əlaqələndirən tranzit dəhlizin bir hissəsidir. Yeni yolun inşası ilə hərəkətin təhlükəsizliyi artacaq və səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq. Layihə həmçinin Kaxetidə kənd təsərrüfatı və turizmin inkişafına dəstək verəcək, Gürcüstan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq./report
Digər xəbərlər: