Gündəm
DİN AVRO-2020 ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə,azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub.
Eyni zamanda metronun “Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun “Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək.
Qeyd olunub ki, Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
