İdman
Bu gün "Formula-1" Azərbaycan qran-prisi başlayır
Bu gün Bakıda "Formula-1" üzrə dünya çempionatının altıncı – Azərbaycan qran-pri yarışlarına start veriləcək.
10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar.
Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.
Layihənin müəllifi bütün müasir "Formula-1" treklərinin memarı olan Herman Tilkedir.
Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
Bu gün Formula 1 və Formula 2 üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 5-də Formula 1 üzrə sərbəst və sıralama yürüşü, Formula 2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 6-da "Formula-1" Azərbaycan qran-prisi, həmçinin "Formula-2" üzrə ikinci yürüş baş tutacaq.

Daha çox xəbər:
Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı
Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır
Bağlanmış yolların nə zaman açılacağı məlum oldu
Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb
Bu gündən Bulvara giriş 5 günlük qadağan edildi.