Mədəniyyət
20:46, 13 may 2021
143
1

Şuşada "Xarı Bülbül"festivalı

Şuşada "Xarı Bülbül"festivalı “Şuşa Azərbaycanın 44 günlük rəşadətli qələbəsinin mənəvi simvoludur. Şuşanın mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinə, xüsusilə Qarabağa bağlı bütün həqiqətlərə işıq salır”. Bu fikirləri qəzetimizə açıqlamasında Xalq artisti Rasim Balayev deyib.
Onun sözlərinə görə, 2019-cu ilin “Nəsimi İli”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutudur. Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə “Nizami Gəncəvi İli” elan edilməsi ölkəmizdə klassik ədəbi irsimizin, milli ədəbiyyatımız və mədəniyyətimizin görkəmli simalarının təbliği sahəsində atılan növbəti addımdır: “İl ərzində “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlərlə yanaşı, işğaldan azad olunan və mədəniyyətimizin paytaxtı elan edilən Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçiriləcək. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi yaxından dərk etməsinə yardım edəcək. Füsunkar gözəlliyi ilə seçilən “Cıdır düzü”ndə 1992-ci ilədək hər il may ayında “Xarı bülbül” mahnı festivalı keçirilirdi. Zamanında bu festival əhəmiyyətinə, səviyyəsinə, rəngarəngliyinə görə nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında, hətta dünya miqyasında belə ən sanballı mədəniyyət tədbirlərindən biri sayılırdı. Artıq Şuşada yeni həyat başlayır. Əminliklə vurğulamaq istərdik ki, Qarabağın tacı olan bu şəhər çox qısa zamanda öz tarixi gözəlliyinə qovuşacaq. Mədəniyyət və incəsənət xadimləri bu festivalda toplaşacaqlar. Bir sözlə, Vaqif poeziya günlərinin, “Xarı bülbül” festivalının bərpa olunması, Şuşada muğam müsabiqələrinin və festivalların keçirilməsi ölkənin mədəni həyatında vacib hadisələr olacaq”.
Digər xəbərlər: