Gündəm
Ağdaş polisi reyd keçirib, qayda pozan sürücülər cərimələnib
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub.
Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.

Daha çox xəbər:
