Hadisə
Goranboyda kafe sahibi və müştəriləri cərimələnib
Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, obyekt sahibi İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.