İdman
21:41, 04 mart 2021
82
0

Azərbaycanlı futbolçu Həbiblə FUTBOL OYNADI

Azərbaycanlı futbolçu Həbiblə FUTBOL OYNADI Moskva "Spartak"ının Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev sabiq məğlubedilməz MMA döyüşçüsü Həbib Nurməhəmmədova qarşı futbol oynayıb.

"KraSava" "Youtube" səhifəsinin admini BƏƏ-də özəl futbol matçı keçirib.

Yarışda Həbib Nurməhəmmədovun komandası və "Spartak"ın futbolçuları iştirak edib. 24 yaşlı yarımmüdafiəçi olan Ayaz bu matçda Həbibə əks komandada oynayıb.

Həbibin hesabı açdığı görüş 2:2 hesabı ilə başa çatıb.

Oyundan sonra Nurməhəmmədov MMA-dan bezdiyini, ona görə də döyüşməyi dayandırdığını, karyerasını bitirdikdən sonra BƏƏ-nin "Əl-Vəsl" futbol klubundan təklif aldığını bildirib. O, "Fənərbağça"nın ona təklif göndərdiyini, Zlatan İbrahimoviçin də ona "Milan"a keçməyi təklif etdiyini qeyd edib.

Həmçinin, Həbib Nurməhəmmədov Kriştianu Ronaldu ilə dost olduğunu və tez-tez bir-biri ilə əlaqə saxladığını bildirib.
Digər xəbərlər: