Gündəm
21:55, 27 fevral 2021
101
0

Bakıda yaradılan Hərbi Qənimətlər Parkında işlər nə yerdədir?

Bakıda yaradılan Hərbi Qənimətlər Parkında işlər nə yerdədir? Ermənistan ordusunun bütün qoşun növlərinə məxsus 130-a yaxın qismən istifadəyə yararlı və ya tam yararsız döyüş texnikası Hərbi Qənimətlər Parkında öz yerlərini tutmaqdadır.

Emil Məmmədov deyib ki, ümumiyyətlə, parkda düşmənin uzun illər boyu yaratdığı müdafiə mövqelərinin real mənzərəsi canlandırılır. Buraya gələn insanlar Vətən müharibəsi günlərində düşmənin mühəndis maneələri sistemini -sədləri, beton örtüklü mühəndis qurğularını, tank əleyhinə xəndəkləri, dirəkləri, kirpiləri, minalanmış sahələri, tunelləri, tikanlı məftillərdən ibarət maneələr sistemini, səngərləri və sığınacaqları olduğu kimi görəcəklər. Avtomobillər, zirehli texnikalar, artilleriya qurğuları açıq səma altında qonaqlara nümayiş etdiriləcək: "Maraqlıdır ki, düşmən müdafiə mövqelərində avtomobil təkərlərindən geniş istifadə edirdi. Bunun səbəbi odur ki, təkərlər mərmi qəlpələrinin geniş səpələnməsi və əsgərlərə xətər yetirməsinin qarşısını alırdı. Parkdakı istehkam qurğularında düşmənin yararlandığı bu məqam öz əksini tapacaq".

O bildirib ki, yeddi hektara yaxın dənizkənarı ərazidə Ermənistan ordusunun döyüş mövqelərindən gətirilmiş və əsgərlərimizin atıcı silahlardan atdığı güllələrin izlərini özündə saxlayan dəmir mazğallar, uzunmüddətli dəmir-beton atəş nöqtələri parkda qurulmuş mövqelərdə yerləşdirilib: "Bu mövqelər 30 il ərzində elə möhkəmləndirilmişdi ki, hətta ağır artilleriya zərbələrilə dağıtmaq çətin idi.
Parka gələn insanlar burada yaradılan qurğuları gördükdən sonra həmin mövqeləri rəşadətli Azərbaycan Ordusunun necə yarması, necə böyük qəhrəmanlıq göstərməsi barədə təsəvvür ala biləcəklər".
Eyni zamanda, Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində xidmət və məişət şəraiti Hərbi Qənimətlər Parkında öz əksini tapacaq. Burada Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində təchiz edilmiş əsgər yataqxanası olduğu kimi qurulur.
Parkda düşmənin müharibə zamanı atıb qaçdığı dəbilqələrdən ibarət təpəlik yaradılacaq. Həmçinin ordumuzun böyük Zəfərinə həsr olunan hərbi paradda nümayiş etdirilmiş erməni avtomobillərinin nömrələrindən ibarət lövhə qonaqlara nümayiş etdiriləcək: "Müharibə günlərində o da məlum oldu ki, döyüş mövqeyini tərk etməsin, məcbur olub vuruşsun deyə, düşmən öz əsgərlərini postlarda it kimi zəncirləyirdilər. Prezident İlham Əliyevin müharibə günlərində dillərə düşmüş məşhur "iti qovan kimi qovuruq" ifadəsi, əslində, həqiqəti əks etdirirdi. Parka gələnlər bu cür postları və zəncirlənmiş zinvorların müqəvva-mulyajlarını da görmək imkanı qazanacaqlar. Azərbaycana qarşı olduqca məkrli, öz qeyri-insani xislətini gerçək əməllərində büruzə vermiş, işğal etdikləri əraziləri viran qoymuş düşmənin vəhşiliklərini unutmaq olmaz. Hərbi Qənimətlər Parkı da, əslində, son 30 ildə Azərbaycan torpaqlarında barbarlıqlar törətmiş yağını daha yaxşı tanımağa kömək edəcək".
Digər xəbərlər: