Gündəm
Evində partlayış olan aktyorun son durumu - Ciddi yanıq xəsarətləri var
Evdə qəfil baş verən partlayış aktyorun ağır xəsarət alması ilə nəticələnib.
Hadisə ötən gün səhər saatlarında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi Adil Əlibalayev küçəsində baş verib. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman mənzilində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alıb.
Aktyorun qardaşı Fuad İbrahimov deyir ki, əvvəlcə partlayış, ardından isə kiçik yanğın olub. Hadisə zamanı tək Cavid xəsarət alıb, onun iki uşağını və həyat yoldaşını qonşular evdən çıxarıblar.
Hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evdə araşdırmalar aparıblar. Partlayışın dəqiq səbəbi araşdırmanın sonunda bəlli olacaq. Qeyd edək ki, aktyor Cavid Telman bir çox seriallarda da aktyor kimi çəkilib. Amma tamaşaçılar onu ən çox Xəzər Televiziyasında yayımlanan ''Ata ocağı'' serialındakı Pərviz obrazı kimi tanıyırlar.
