Gündəm
Gələn həftədən metronun fəaliyyətinə icazə verilir? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirusla bağlı vəziyyət stabil olaraq qalır. Belə ki, fevralın 21-də koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 142 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə "COVID-19"dan vəfat edib. Yoluxanların sayı azaldığına görə martın 1-dən metronun açılacağı ilə bağlı iddialar səsləndirilir. Martın 1-də metro açıla bilərmi?
Bununla bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun nə zaman açılcağı ilə bağlı rəsmi qərar yoxdur:
"Bununla bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. Hazırda əvvəlki qaydada fəaliyyətimizi davam etdiririk. Pandemiya ilə bağlı vəziyyət Operativ Qərargah tərəfindən qiymətlənidirilir. Metronun açılması ilə bağlı qərar vermək bizim səlahiyyətimizdə olmayan məsələdir. Biz də sizin kimi Operativ Qərargahın qərarını gözləyirik".