Sosial
20:17, 19 fevral 2021
71
0

Azərbaycanın dövlət borcu açıqlandı

Azərbaycanın dövlət borcu açıqlandı Bu il yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 100,4 milyon ABŞ dolları və yaxud 2020-ci il üzrə Ümumi Daxili Məhsulun (ÜDM) 19%-ni, dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon ABŞ dolları və yaxud ÜDM-in 1,7%-ni təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 821,5 milyon ABŞ dolları (14 milyard 996,5 milyon manat) və yaxud ÜDM-in 20,7%-ni təşkil edib.

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

1 yanvar 2021-ci il tarixinə birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1 milyard 942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil edib.
Digər xəbərlər: