Siyasət
Hərbçilərin maaşlarının bir qat edilməsi artıq öz acı nəticələrini verməkdədir-Səxavət Məmməd yazır
Zamanında cəbhə bölgəsində xidmət edən zabit, gizir, MAXE-lərin demək olar böyük əksəriyyəti həm də maaşın çoxluğuna görə buna gedirdilər. Yüksək maaş həm də motivasiya idi. Həmin hərbçilər düzənlərini, yaşayışlarını o maaşa uyğun qurmuşdu. İpotekaya ev götürən kim, bankdan kredit götürüb ev tikən kim, maşın alan kim. Kreditlər də maaşlardan çıxılırdı. Maaş karta köçürdü, bank dərhal pulunu götürürdü. Yerdə qalan pulla da, həmin hərbçilər yaşayışlarını təmin edirdilər.
Hərbçilərin maaşları köçüb, bir çoxlarına minus 50, 90, 150 manat. Niyə minus? Yuxarda yazıdıqlarıma görə. O hərbçilər yaşayışlarını bundan əvvəlki maaşa uyğun qurmuşdular. Bir çoxları banklara borclu qalıb. Ailələri borclarını ödəməkdədir. Çoxunun maaşlarına görə həsəd apardığı adamlar indi borclu, səfil günə düşməkdədir. Qərar vermək asandır, önəmli olan nəticələrini hesablamaqdır.
Kimsə deyə bilər ki, güvənməzdilər, bir elə kredit götürməzdilər. İnsanıq 500 manatlıq maaşa 500 manatlıq yaşamağı planlayırıq, 2 min manatlıq maaşa da 2 min manatlıq yaşayırıq. Adamlar da aldıqları maaşa uyğun həyat və gələcəyin planlanmasını qurublar. Ümid edirəm ki, maaş məsələsində geri addım atılar.
Daha çox xəbər:
Kreditlə maşın alanlara ŞOK zərbə - DİQQƏTLİ OLUN
Düşmən böyük itkilər verdi - Yüksək rütbəli hərbçilər məhv edildi
Zərbənin gücündən hərbçilər magistral yola səpələndi – ANBAAN VİDEO
900 manat maaş alan icra başçıları “təmiz” işləyə bilərmi? – Məmuru rüşvətdən necə xilas etməli
Vəzifəli şəxslərin cəbhə bölgələrinə səfərində fayda var: - “Məlumatlı olurlar...”