Siyasət
10:55, 12 fevral 2021
59
0

Mülklərini satışa çıxaran eks-nazirin sərvəti (SİYAHI)

Mülklərini satışa çıxaran eks-nazirin sərvəti (SİYAHI)
Ötən gün mülklərinin bir çoxunu satışa çıxarması ilə gündəmə gələn sabiq vergilər naziri Fazil Məmmədovun sərvətini təkcə həmin obyektlər təşkil etmir.

17 il nazir postunda əyləşən Fazil Məmmədovun varidatı yüzmilyonlarla ölçülür.

2017-ci ildə vəzifədən azad edilən Fazil Məmmədova ən böyük gəlir gətirən isə Sinerji Qrup MMC şirkətlər qrupudur. Bu qrupa rəsmi olaraq 30-a yaxın, qeyri-rəsmi isə 60-dan çox şirkət daxildir. "Sinerci Qrup”un tərkibindəki "Exselsior Otel Şəmkir”, "AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, "Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlər Şəmkirdə yerləşir. Treydhaus Kaspian Kost Vayneri end Vaynyards MMC isə Rusiya Federasiyasında fәaliyyәt göstәrir.

Sabiq nazirin ata yurdu Şəmkirdə olan sərvəti bununla bitmir. Şəmkir-Quşçuluq MMC, 200-ə yaxın istixana, Zəyəmkəndmaş zavodu, Şəmkir Ət-süd MMC, "Yalta Meşə Ailəvi İstirahət Mərkəzi”, "Şəmkir səbəti” hipermarketi və bir çox şirkət və obyeklər də nazirə məxsusdur.

Gədəbəydə isə "Eldorado” oteli, "Narzan” istirahət zonasındakı istirahət mərkəzlərinin və rayondakı bir çox obyeklərin də F.Məmmədova aid olduğu deyilir.

F.Məmmədovun nazir olarkən ölkədən xaricə 4.5 milyard manat çıxarmasına dair söyləntilər isə boşuna deyil. Belə ki, sabiq nazirin biznes şəbəkəsi Ukrayna, Rusiya, Çexiya və Almaniyaya da uzanır. Onun Kiyevdə 5 ulduzlu "11 Mirros Dizayn” oteli, siqaret, təkər zavodu və "Vladimirski” adlı böyük bazarı var. Sabiq nazir Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks otelə sahibdir. Həmin otel isə "Mir” adlanır.

Sabiq nazirin Çexiyada turistik zonaları və Almaniyada iki fabriki olmasına dair iddialar da vaxtaşırı mediada tirajlanıb.

Mənbə: Axar.az
Digər xəbərlər: