Dünya
11:32, 07 fevral 2021
56
0

Erməni döyüşçüdən şok açıqlama:”Bizi satıblar”

Erməni döyüşçüdən şok açıqlama:”Bizi satıblar”
“Birləşmiş Ermənistan” Partiyasının sədri, Birinci Qarabağ döyüşlərinin və ikinci Qarabağ savaşında erməni ordusunun tərkibində döyüşən Vahan Badasyan mətbuata və hüquq mühafizə orqanlarına şok müraciət ünvanlayıb. Busaat.az erməni partiya sədrinin müraciətini olduğu kimi təqdim edir:
“ Həm birinci, həm də ikinci Qarabağ savaşında iştirak etdim.
Bizə xəyanət etdilər, məni həbs etdilər . İndi məni ömürlük həbslə hədələyirlər. Müharibə zamanı bizə xəyanət etdilər. Azərbaycan ordusu 44 günə erməni mifini tamamilə darmadağın etdi. Erməni ordusu başıpozuq bir vəziyyətdə qaçmaqla məşğul idi. Bizi satdıqları bəlli idi. Ermənistan Müdafiə Nazirliyi müharibə zamanı heç nə ilə yadda qalmadı. Azərbaycan rabitəçiləri onlarınn danışıqlarının hamısını qeydə alır və erməni ordusunun hərəkət trayektoriyasını bilir, onları yerindəcə məhv edirdi. Bu dəhşət idi. Bizi satıblar deyə , erməni əsgərləri döyüşə girmədən qaçırdı.”
Digər xəbərlər: