Siyasət
22:02, 03 fevral 2021
100
0

Vicdansız məmurlar: Havanı vururlar, məbləğ şişir - Deputatdan "Azəriqaz"a tənqid

Vicdansız məmurlar: Havanı vururlar, məbləğ şişir - Deputatdan "Azəriqaz"a tənqid
Milli Məclisin deputatı Eldar Quliyev “Azəriqaz” İstehsalat Birliyini sərt tənqid edib.

E.Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi yolverilməzdir: “İndi qazın pulunu kart vasitəsilə ödəyirik, istifadə edirik. Ödədiyimiz məbləğə uyğun qaz verilir. Mexaniki sayğacların quraşdırılması o deməkdir ki, artıq köhnə sistemə qayıdırıq. Yəqin ki, mexaniki sayğaclara müdaxilə, hava vurmaq şansı böyükdür. Bu, fırıldaqçılıqdır. Qazı yandırırsan, istiliyi olmur. Məsələn, şəkərin şəkərlilik, kərə yağının yağlılıq dərəcəsi var. Qaz əvəzinə daha çox hava vururlar. Havanı vururlar, sayğac yazır, məbləğ şişir. Belə hallarla bağlı mütləq şikayət etmək lazımdır. İnsanları aldatmaq olmaz axı. Vicdanlı məmurlarla yanaşı vicdansız məmurlar da var. Xalqı incidənlər vicdansız məmurlardır”.
Digər xəbərlər: