Siyasət
Məhəbbət Vəliyevanın işdən çıxma səbəbi açıqlandı (YENİLƏNİB)
Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxması ilə bağlı açıqlama verib.
Regiitv.az xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Məhəbbət Vəliyeva 25 dekabr 2020-ci il tarixindən səhhəti ilə bağlı öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
11:05
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq sənəd imzalanıb.
O, 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, M.Vəliyeva 1968-ci ildə Bakı şəhərində anadan olub. O, 2014-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, 2015-2018-ci illərdə BŞTİ-nin müdiri vəzifələrində çalışıb.