Cəmiyyət
AzTV mina təmizləyənlərin həyatı ilə bağlı sənədli film çəkdi - VİDEO
AzTV işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin əməkdaşları həmin torpaqlarda olub, minaların təmizlənməsi prosesini lentə alıb.
“Əlvida, silah” adlı sənədli film ANAMA əməkdaşlarının təhlükəli və məsuliyyətli iş prosesindən, həmçinin həyatından bəhs edir.
Horadiz və Füzulidə aparılmış çəkilişlərdə bu prosesin neçə mərhələdən ibarət olduğu vurğulanır və hər bir mərhələ ayrı-ayrılıqda göstərilir.
Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatorları isə Adil Abbasov və Elşən Bədəlovdur.
Afaq Vasifqızı filmin çəkiliş prosesi ilə bağlı danışarkən bildirib ki, “Əlvida, silah”da hər bir kadrı “Azərbaycantelefilm”in əməkdaşları çəkib. Heç bir arxiv görüntüdən istifadə olunmayıb.
Sənədli film yaxın günlərdə yayımlanacaq.
Daha çox xəbər:
Bu gün Vəliyev Ənvər Əliyulla oglu — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəlliminin ad Günüdür.
Nijde haqqında yeni faktlar AzTV-də
Azərbaycanda ilk dəfə smartfonlar üçün sənədli serial təqdim olundu - VİDEO
Film kimi hadisə: Həbsdə olan arvadını qaçırdı
“Əli və Nino” filmi Macarıstanın paytaxtı Budapeşdə nümayiş edilib.