Hadisə
FHN dağıntılar altından meyit tapdı
Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir. APA-nın məlumatına görə, dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb. Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir. "Həyata keçirilmiş tədbirlər nəticəsində dağıntı altından bir nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, FHN-in xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində bundan əvvəl dağıntı altından 6 nəfər vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək", - deyə FHN-in məlumatında qeyd olunub.
Daha çox xəbər:
FHN əməkdaşları qəzaya görə avtomobildə sıxılı qalan şəxsi xilas ediblər
Rusiyada binada partlayış - Ölənlər var
FHN əməkdaşları uşağı belə xilas etdi - VİDEO
SON DƏQİQƏ! Zəngilanda dəhşətli hadisə: Körpünün altından tapıldı
Diri-diri basdırılan uşaq torpağın altından çıxarılandan sonra ağlamağa başladı - ANBAAN VİDEO