Şou
16:01, 02 may 2019
94
0

Məşhurların qorxuları

 Məşhurların qorxuları


Bir çox insanın müəyyən şeylərə qarşı qorxusu var. Amma səbəbini heç bir şəkildə bilmədiyimiz üçün qorxumuza da qalib gələ bilmirik.
Metbuat.az məşhurların qorxularını soruşub.

Tək qalmaqdan, sudan, yüksəklikdən hətta suallardan qorxan məşhurumuz belə var.
Söhbətimizə əməkdar artist Röya Ayxanla başladıq. Müğənninin qorxusu marağımıza səbəb oldu. Ətrafında çox insan olmasına baxmayaraq R.Ayxanın ən böyük qorxusu tək qalmaqdır:

“Ən böyük qorxum tək qalmaqdır. Ona görə də, çalışıram ki, bu vəziyyətlə qarşılaşmayım”.

Oksana Rəsulova isə tez-tez qorxusu ilə mübarizə aparmaq məcburiyyətində qaldığını bildirib:
“Aerofobiyam var. Səfərlərim çox olur və mən bununla tez-tez mübarizə aparmaq məcburiyyətində qalıram”.

Aparıcı Cavid Gül qorxusunun suallar olduğunu bildirib:
“Verilən suallar məni qorxuya salır. Artıq bildim ki, mənim qorxum elə suallardır”.

Müğənni Türkan Vəlizadənin fobiyasını öyrəndikdən sonra təəccübümüzü gizlədə bilmədik. Müğənni açıqlamasında sudan qorxduğunu bildirib:
“Hündürlük fobiyam var, amma ən böyük qorxum sudur. Dəniz, hovuz mənə qorxulu gəlir və sevmirəm”.

Əməkdar artist Dilarə Əliyeva heyvanlara qarşı fobiyasının olduğunu bildirib:
“Heyvanlara qarşı fobiyam var. Balaca-böyük fərq etmir, itlərdən qorxuram. Bəzən deyirlər “onsuz da adama heç nə eləmir” mənim üçün fərqi yoxdur, yolum 1 kilometr uzansa da it görəndə yolumu dəyişirəm”.

Rəqqasə Renka açıqlamasında son zamanlar baş verən hadisələrin ona təsir etdiyini və qorxusunun da onunla bağlı olduğunu bildirib:
“Uşaqların özlərinə ziyan verəcək nə isə etməsindən qorxuram. Bu, məni ciddi şəkildə narahat edir”.

Əməkdar artist Elza Seyidcahan pis insanlardan qorxuğunu və uzaq durmağa çalışdığını bildirib.

Murad Arif, Ədalət Şükürov, Tahir İmanov, Kamran Həsənli heç bir qorxusu olmayanlar tanınmış simalardandır.
Digər xəbərlər: