Cəmiyyət
21:43, 04 yanvar 2021
83
0

"Tolikdən özüm xahiş etdim ki, Əliyə həssas söz desin və onun dili açılsın"

"Tolikdən özüm xahiş etdim ki, Əliyə həssas söz desin və onun dili açılsın"
"Mən Əlinin əmisi olsam da, ona ata əvəziyəm. Aparıcı Tarix Əliyevdən (Tolik) özüm xahiş etdim ki, Əliyə həssas bir şey desin və onun dili açılsın".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında qazi Əli Məmmədovun əmisi Zabil Məmmədov deyib.

O aparıcının tənqid olunmasına sərt reaksiya verib:

"Bizə görə Toliki tənqid edənlər qələt edir. Bizim səsimizə ilk səsi Tolik verdi. Özümüz Lənkəran şəhərində yaşayırıq, övladımız qazi olandan sonra heç kim gəlib dərdimizə şərik olmadı. Bu məsələyə biganə yanaşdılar. Biz hər gün Tolikin canlı yayımını izləyirik. Kənardan onu tənqid edib, ona artıq-əskik nəsə deyənlər gəlib bizə desinlər necə lazımdı başa salım. Tolikə söz deyənlər qələt edib, başların divara vururlar. Bu məsələni uzatmaq lazım deyil".

Qeyd edək ki, Tarix Əliyev canlı yayımda qazi Əli Məmmədova dediyi sözlərə görə tənqid olunub.
Digər xəbərlər: