Siyasət
Ağdaban kəndinin Kəlbəcərə qaytarılması ətrafında xoşagəlməz proseslər gedir - DEPUTAT
"Kəlbəcərin Ağdaban kəndinin ermənilərdən boşaldılması ətrafında müxtəlif manupulyasiyalar gedir".
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bildirib.
O deyib ki, hazırda Kəlbəcərin Ağdaban və ona yaxın kəndlərin ətrafında xoşagəlməz proseslər baş verir:
"Möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Ağdam və Laçın kimi, Kəlbəcəri də Vətənimizə qovuşdurdu. Şəhid vermədən Kəlbəcər də erməni işğalından azad edildi. Artıq ermənilərin bu və ya digər təxribatlarına, göstərdikləri müqavimətə baxmayaraq, dövlətimiz və onun müvafiq qurumları, xüsusi olaraq, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin ərazilərdə Azərbaycanın suverenliyini reallaşdırmaqda, düşmənin təxribatlarını qətiyyətlə aradan qaldırmaqda, onun müqavimətini ciddi şəkildə qırmaqdadır.
Təəssüflər olsun ki, indi Kəlbəcərin Ağdaban və ona yaxın kəndlərin ətrafında xoşagəlməz proseslər gedir.
Xatırlatmaq istərdim ki, Ağdaban kəndi Azərbaycan mədəniyyətinə Dədə Şəmşir kimi nəhəng ustad sənətkar təqdim edib. Bu kəndin sakinləri hər zaman dövlətçiliyimizlə bərabər olublar.
Təsadüfi deyildi ki, Ağdaban sakinlərinin Ermənistan silahlı qüvvələrinə qarşı göstərmiş olduğu fədəkarlığa görə erməni vandalları tərəfindən 1992-ci il aprelin 7-dən 8-ə keçən gecə soyqırımına məruz qalıblar. Erməni daşnakları Ağdabanın 130-dan çox evini tamamilə yandırdı, 779 nəfər dinc sakinə divan tutuldu, soyqırımı nəticəsində 67 nəfər amansızcasına qətlə yetirildi.
Eyni zamanda 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırıldı. Bu qətliam zamanı 2 nəfər itkin düşdü, 12 nəfər ağır bədən xəsarəti aldı və 5 nəfər girov götürüldü. Belə bir faciə ilə üzləşən Ağdaban SSRİ dövründə anklav şəkildə Ağdərənin ərazisində olmasına baxmayaraq, yenə də bütün rəsmi sənədlərdə Kəlbəcərin kəndi kimi qeyd olunub. İndi bu kəndin Kəlbəcərə qaytarılması ətrafında müxtəlif manupulyasiyalar gedir”.
Daha çox xəbər:
Söz sahibi təkcə Rusiya deyil, Türkiyə də həlledici mövqedədir
Kəlbəcərdə böyük müəmma: Qızıl yataqları kimin nəzarətindədir?
Şuşa ətrafında döyüşlərdə məhv edilən suriyalı muzdlular - SİYAHI + FOTO
"Tezliklə Kəlbəcər, Şuşa və Laçın işğaldan azad olunacaq və cənab Prezident xalqa şad xəbər verəcək" - Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu: "DTX-yə müraciət etmişəm"