Gündəm
Azərbaycan əsgəri erməniyə: "Mənə qardaş demə” - VİDEO
Qarabağda qanunsuz məskunlaşdırılmış, təhvil müddəti tamamlansa da, ərazilərimizdən çıxmamış bir erməni ilə azərbaycanlının dialoqunu əks etdirən görüntülər yayılıb.
Regiitv.az xəbər verir ki, görüntüləri Baku TV əldə edib.
Videodan aydın olur ki, azərbaycanlı hərbçi ürək yanğısı ilə erməniyə kəndlərimizi yandırdıqlarını deyir. Erməni isə cavabında onun bu işdə əli olmadığını, bunun "böyüklərin işi” olduğunu dilə gətirir.
Hərbçimizin cavabı isə çox yerindədir:
"Kəndlilərimizin hamısını öldürdünüz, evlərimizi yandırdınız. Sən düşmən olmaqdan əlavə, ermənisən. Siz həmişə bizə problem yaratmısınız. Sənin oğlun, sənin bacın oğlu kimiləri bizim əsgərlərimizi yaralayıb, şəhid edib.
"Mənə qardaş demə, səndən mənə qardaş olmaz. Sən ermənisən. Sənə şans yaratmışıq, əşyalarını yığ, get”.