Cəmiyyət
Qaxda 95 aztəminatlı ailələrə sosial yardımlar paylanılıb
COVİD-19 koronavirus pandemiyası zamanı əziyyət çəkən aztəminatlı ailələrə dəstək aksiyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni növ koronavirusun geniş yayılmasının qarşısının alınması, eləcə də pandemiya dövründə vətəndaşların maddi ehtiyacların təmin olunmasına yönəlmiş tədbirlərdən biridir. Ölkə başçısının “Biz birlikdə güclüyük” şüarı ilə həyata keçirilən və vətəndaş həmrəyliyini genişləndirmək məqsədi daşıyan bu kampaniyada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Qəbələ - sağlam mühit" İctimai Birliyi “Pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə sosial yardımın göstərilməsi” adlı layihə çərçivəsində ahıllara, aztəminatlı ailələrə, şəhid ailələrinə ərzaq yardımları ilə köməklik göstəriblər.
Layihənin koordinatoru, QSMİB sədr müavini Gülnar Qədirova bildirib ki, sosial paketlərdə ərzaq məhsulları və tibbi ləvazimatlar olub. Sosial yardım 95 ailəni əhatə edib. Ailələr Qax rayonunun sakinləri sırasından müəyyənləşdirilib.Vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
Layihənin məqsədi COVİD-19 koronavirus pandemiyası zamanı əziyyət çəkən aztəminatlı ailələrə, həmçinin kimsəsiz və ahıl insanlara, şəhid ailələrinə maddi və mənəvi dəstəyin göstərilməsindən ibarət idi.
Daha çox xəbər:
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı RƏSMİ AÇIQLAMA
Nizami rayonunda xüsusi karantin rejimi ilə əlaqədar imkansız ailələrə yardımlar davam etdirilir
Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb
Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb
Elmar Musayevdən təşəbbüs: "Gədəbəydə aztəminatlı ailələrə yardım paylanılır" - Video