Sosial
Karantin məhdudiyyətləri bu tarixdə ləğv ediləcək
Koronavirusun əhali arasında yayılma təhlükəsi səbəbindən müxtəlif ölkələrdə tətbiq olunan məhdudiyyətlər dünyada 2021-ci ilin ortalarına qədər aradan qaldırılmayacaq.Regiitv.az xəbər verir ki, bu barədə Oksford Ekonomiks analitik şirkətinin mütəxəssisləri proqnoz verib.
Bildirilib ki, iqtisadi genişləmə ümumi vaksinasiyadan və COVID-19-a qarşı insan immunitetindən asılıdır: "Hərtərəfli peyvənd proqramının həyata keçirilməsi aylarla davam edəcək, bu da onu təsdiqləyir ki, pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırılması prosesi dünyada yalnız 2021-ci ilin ortalarında başlayacaq".
Xatırladaq ki, koronavirus infeksiyası riskini azaltmaq üçün vətəndaşlar sadə qaydalara riayət etməlidirlər: maskalar taxın, əllərinizi yaxşıca yuyun və sosial məsafəni qoruyun. Simptomlar ortaya çıxsa, həkimə müraciət edin.Publika.az
Daha çox xəbər:
