Cəmiyyət
Düşməni öz silahı ilə məhv edən qazilərimiz - VİDEO
İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qazi olan Məhəmməd Əhmədovdan danışacağıq. Qubanın Aşağı Atuc kənd sakini olan Məhəmməd ailənin yeganə oğludur. Müharibənin başladığını eşidən kimi könüllü olaraq adını ordu sıralarına yazdıraraq döyüşlərə yollanıb. Füzuli, Cəbrayıl rayonunun və bir sıra yüksəkliklərin düşmən tapdağından azad olunmasında şücaət göstərib. O bildirir ki, düşməni elə öz silahları ilə məhv edirdik.
Ağır yaralansa da, döyüş meydanını tərk etmədən düşmənlə vuruşub. Məhəmmədin daha bir qəhrəmanlığı isə yaralı və yolu azan döyüş yoldaşlarının həyatını xilas etməsi olub.
Məhəmməd kimi canını torpaqlarımızın azadlığı uğrunda fəda etməyə hazır olan döyüşçülərdən biri də 1 il 4 aydan çoxdur ki, hərbi xidmətdə olan Qubanın Çartəpə kənd sakini Ramin Şükürovdur.
"Nə xoş mənə ki, hərbi xidmətə vətən borcum belə bir zamana təsadüf etdi. Şükürlər olsun ki, mənə də torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək qismət oldu" - deyə qazi qeyd edib.
Düşmənin canlı qüvvəsini məhv edərək texnikasını ələ keçirdiklərini bildirən Raminin tək təəssüfləndiyi isə yaralandığı üçün həkimlərin döyüşlərdə iştirakına icazə verməməsi olub.
İndi onları tanıyan hər kəs qazilərlə fəxr edir. Qazanılan tarixi zəfərdə əməyi olan qazilərin valideyinləri isə daha çox qürurlanır.
Hər iki yaralı qazimiz böyük qələbə sevincini Prezident, Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa müraciətindən sonra yaşadıqlarını bildirir. Qazilərimiz hər zaman vətən torpaqlarının müdafiəsinə hazır olduqlarını qeyd ediblər.
Daha çox xəbər:
Yaralı hərbçilərimiz Tovuzdakı təxribatdan DANIŞDI
Zakir Həsənovdan Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə TƏBRİK
Düşmənin 50% hərbi texnika və silahı məhv edilib - 5 milyardlıq zərbə - VİDEO
Niyə yeni ərazilər işğaldan azad olunmur? – Deyənlərə...
Şuşada erməninin 9 tankını məhv edən Milli Qəhrəman