Gündəm
Rusiya helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başladı - VİDEO
Rusiyaya məxsus Mi-8 və Mi-24 helikopterləri Qarabağda sülhməramlıları müşayiət etməyə başlayıb.
TASS xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Pilotlar “Erenbuni” aerodromuna gələn sülhməramlıları Qoris və Xankəndi şəhərlərinə qədər müşayiət edib”, - məlumatda bildirilib.
Helikopterlər atəşin və hərbi əməliyyatların dayandırılmasına nəzarət edir, həmçinin maddi və texniki əmlakın və şəxsi heyətin çatdırılmasının monitorinqini aparır.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi An-124 təyyarəsi ilə İrəvana 8 ədəd helikopterin çatdırıldığını açıqlamışdı.
Daha çox xəbər:
Şayiələrə SON! Rusiya Qarabağda Türkiyə ilə ortaq hərəkət edəcəyini təsdiqlədi - FOTOLAR
Son sutka ərzində Rusiya Qarabağa 20 təyyarə göndərib
Rusiya MN saytında Qarabağdakı sülhməramlılarla bağlı xüsusi bölmə yaradıldı
Putin Qarabağla bağlı daha bir fərman imzaladı
SON DƏQİQƏ: Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı MƏLUMAT YAYDI