Dünya
14:46, 09 noyabr 2020
64
0

Melaniya Tramp boşanmaq üçün ərinin səlahiyyət müddətinin bitməsini gözləyir

Melaniya Tramp boşanmaq üçün ərinin səlahiyyət müddətinin bitməsini gözləyir
Donald Trampın həyat yoldaşı Melaniya boşanmaq üçün ABŞ-ın hazırkı prezidentinin səlahiyyət müddətinin bitməsini gözləyir.

Bu barədə “Daily Mail” xəbər yayıb.

“Melaniya ərinin vəzifəsindən ayrılacağı və boşanacağı an üçün dəqiqələri sayır”, - deyə birinci xanımı keçmiş köməkçisi Omaros Maniqolt-Nyuman nəşrə bildirib.

Onun sözlərinə görə, birinci xanım xoşagəlməz nəticələrlə üzləşə biləcəyi üçün indiyə qədər ayrılmayıb.

“Melaniya həyat yoldaşı hakimiyyətdə olduğu müddətdə gedə bilsəydi, Tramp onu cəzalandırmağın yolunu tapardı”, - deyə o bildirib.

Birinci xanımın başqa keçmiş köməkçisi Stefani Volkoffun dediyinə görə, Trampın Melaniya ilə evlənməsi bir növ müqavilə əsaslı olub. Cütlüklərin hətta yataq otaqları ayrı idi.

Volkoff bildirib ki, birinci xanım inauqurasiya mərasimindən beş ay sonra bağlanan müqaviləyə əsasən Nyu-Yorkdan Vaşinqtona köçüb. Bu prezidentin oğlu Barronun miras payını alması üçün lazım idi.
Digər xəbərlər: